Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qarabağın döyünən ürəyi Şuşa” başlıqlı onlayn  tədbir keçirilib

18.07.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 16.07.2022-ci il tarixdə "Şuşa ili"nə  aid Şuşa ədəbi mühiti ilə bağlı "Qarabağın döyünən ürəyi Şuşa" başlıqlı onlayn  tədbir keçirdi. Tədbiri kitabxana filialının müdiri Rahilə Qasımova açaraq tədbir iştirakçılarını salamladı və söylədi ki, bu ilin "Şuşa ili" elan olunması ilə Azərbaycan mədəniyyətinə sonsuz mövzular verməklə yanaşı Şuşanın tarixi, ədəbiyyatı, incəsənəti haqqında yeni əsərlər ərsəyə gəlməsinə şərait yaratmışdır.
Tədbir iştirakçıları  Azərbaycanın ərazi bütövlüyü  uğrunda canından keçən şəhidlərin  xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Az.TU-nin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Zəminə Novruzova, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin  elmi işçisi Leyla Kərimova,  YB üzvü Gəncə YB baş məsləhətçisi Aləmzər Əlizadə çıxış etdilər. Tədbirdə çıxış edənlər söylədilər ki,  Azərbaycanın  maarifçilik tarixində Şuşanın  ədəbi, mədəni və təhsil mühiti böyük rol oynamışdır. Xalqımızın mədəniyyət beşiyi sayılan Şuşa şəhəri həm də maarif ocağı olmuşdur. Azərbaycanda ilk ədəbi məclislərin  beşiyi də Şuşadır. Şuşada ədəbi məclislər dövrün ziyalılarını  bir araya gətirən, mühüm hadisələrin müzakirə olunmasına xidmət edən mərkəz funksiyasını da yerinə yetirirdi. Tədbirdə əsası şuşalı şair Mirzə  Rəhim Fənə  tərəfindən qoyulan "Məclisi-üns" haqqında ətraflı məlumat verildi və Xurşidbanu Natəvanın ömrünün sonuna kimi bu məclisə rəhbərlik etdiyi qeyd edildi. Həmçinin "Məclisi-fəramuşan" haqqında da məlumat verildi.   Hər iki məclisin  fəal üzvülərindən söhbət açıldı və Fatimə xanım Kəminə, Qəmər bəyim Şeyda, Baba bəy Şakir haqqında daha ətraflı məlumat verildi. Bu məclislərdə ədəbi müzakirələr aparılır, şeir normaları öyrədilirdi.  Ədəbi məclisdə xalq şeiri tərzində yazılmış şeirlər aşıqlara verilirdi ki, xalq şənliklərində oxunsun bu  isə cəmiyyətin maariflənməsinə yol açırdı. Azərbaycan  folklorunun  bayatı janrının vətəni, milli operamızın,  musiqimizin beşiyi də  Şuşa  olmuşdur. Tədbirdə 44 günlük II Qarabağ Vətən müharibəsində Şuşanın xüsusi təyinatlılar tərəfindən  azad edilməsidən də söhbət açıldı.
Tədbirdə 24 saylı orta məktəbin şagirdləri Gülmira Cavadzadə və  Nuray Quliyeva  Xurşidbanu Natəvanın və M.P. Vaqifin qəzəllərini söylədilər.

 

1.1 MB